Kərbəlayi Natiq Kərimov ev dustaqlığına buraxıldı
Yan 20, 2016 19:29 Asia/Baku
Barəsində həbs qətimkan tədbiri seçilmiş Nardaran Ağsaqqllar Şurasının sədri Natiq Kərimov ev dustaqlığına buraxılıb
Bu barədə "Report"a onun vəkili Əyyub Ələkbərov məlumat verib.
Vəkil bildirib ki, bu gün Səbail Rayon Məhkəməsi Natiq Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qərarı ilə əvəzləyib.
Qeyd edək ki, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq dövlətə xəyanət maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Nardarana polis basqınından sonra, reallılqları çatdıran yeganə şəxs Natiq Kərimov idi.