Nardaran hadisələrində həbs olunan 71 qəsəbə sakini azadlığa buraxıldı
Yan 22, 2016 12:51 Asia/Baku
Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb. Bu barədə Nardaran sakinləri məlumat verib.
Sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: "Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar".
Nardarana polis basqınından sonra, ölkə boyu kütləvi həbslərə başlanmışdır. Nardaranda həbs olunan Hacı Tale Bağırov və Müsəlman Birliyi Hərəkatının həbs olunan digər üzvlərinin vəziyyəti nigaranedicidir.