Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i205284-azərbaycanla_avropa_İttifaqı_ölkələri_arasında_ticarət_dövriyyəsi_azalıb
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 33,9% azalaraq, 2015-ci ildə 9 695 milyon dollar təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 05:29 Asia/Baku
  • Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi azalıb
    Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 33,9% azalaraq, 2015-ci ildə 9 695 milyon dollar təşkil edib.

Azərbayca Respublikası Dövlət Gömrük Komitəsindən yerli medilara verilən məlumata görə, hesabat ilində Avropa İttifaqı ölkələrinə ixrac 41,63% azalaraq, 6 752 milyon dollar, idxal 5,18% azalaraq, 2 943 milyon dollar olub. Beləliklə, ölkə üzrə cəmi ixracın 59,1%-i, idxalın isə 31,92%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bu ölkələr arasında ticarət dövriyyəsində əsas paya malik olan İtaliyaya ixrac 53,09% azalaraq, 2 254 milyon dollar, idxal isə 2,1 dəfə artaraq, 587,8 milyon dollar təşkil edib.

İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarındandır. Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi çəkisinə görə İtaliya 13,77%-lə liderdir. Bu da xüsusilə ixrac əməliyyatlarına əsaslanır. Belə ki, Azərbaycandan olan cəmi ixracın 19,73%-i İtaliyaya edilir. İdxalda isə İtaliya Rusiya, Türkiyə, ABŞ və Almaniyadan sonra yer alıb. Cəmi idxalın 6,37%-i İtaliyadan həyata keçirilib.