Fev 03, 2016 14:54 Asia/Baku
  • Deputat Azərbaycan XİN-in funksiyasını tənqid etdi
    Deputat Azərbaycan XİN-in funksiyasını tənqid etdi

Azərbaycan Respublikası parlamentinin bir üzvü bu ölkə Xarici İşlər Nazirliyinin digər ölkələrlə diplomatik əlaqələrin qurulması sahəsindəki zəif funksiyasını tənqid atəşinə tutub.

Səhər Beynəlxalq Televiziyasının Yeni Müsavat qəzetinə istinadla verdiyi məlumata görə, Fazil Mustafa AŞPA sessiyasında Dağlıq Qarabağda gərginliklərin artması məsələsinin araşdırılması üzrə qətnamənin təsdiqlənməməsinə toxunaraq deyib: Bu məğlubiyyət Azərbaycan Respublikasının digər ölkəklərdəki səfirlərinin zəif funksiyasının nəticəsidir.

AŞPA-nın son qış sessiyasında bu assambleyanın üzvlərinin əksəriyyəti Dağlıq Qarabağda gərginliyin artmasının araşdırılması müraciətinin əleyhinə səs verib.

Digər tərəfdən bu assambleyanın Bosniya və Herseqovinalı nümayəndəsi Militsa Markoviçin Azərbaycan Respublikasının sərhəd bölgələri sakinlərinin qəsdən sudan məhrum edilməsi" adı altında Qarabağda Sərsəngi su bəndi ilə bağlı tənzimlədiyi təklif qətnaməsi səs çoxluğu ilə qəbul olunub.

Teqlər