Nardaranda daha 7 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i209815-nardaranda_daha_7_nəfər_saxlanılıb
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2016 07:30 Asia/Baku
  • Nardaranda daha 7 nəfər saxlanılıb
    Nardaranda daha 7 nəfər saxlanılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib k, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.

“Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib.

“Martın 1-ə keçən gecə Bakının Nardaran qəsəbəsinin küçələrində divarlara naməlum şəxslər tərəfindən dini şüarlar yazılıb”.

Bunu APA-ya açıqlamasında Nardaran sakini Hacıağa Nuri deyib.