Tale Bağırzadə Kürdəxanıda "kars"a salındı
https://azeri.sahartv.ir/news/azərbaycan-i209836-tale_bağırzadə_kürdəxanıda_kars_a_salındı
“Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Hacı Taleh Bağırzadə martın 1-də cərimə kamerasına(karserə) salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2016 10:47 Asia/Baku
  • Tale Bağırzadə Kürdəxanıda
    Tale Bağırzadə Kürdəxanıda "kars"a salındı

“Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Hacı Taleh Bağırzadə martın 1-də cərimə kamerasına(karserə) salınıb.

Bu haqda Cavad Cavadov öz Facebook səhifəsində yazıb: “Tanınmış ilahiyyatçı Tale Bağırzadəni 7 gün muddətinə cərimə kamerasına salıblar. O, bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq huquqi addımlar atmaq niyyətindəyəm”.

Vəkil Cavad Cavadov martın 2-də Tale Bağırzadə ilə görüşüb.

Qeyd edək ki,Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup dindarla birlikdə saxlanılıb. O, Bakının Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.