Naxçıvan-Məşhəd beynəlxalq dəmir yolu xətti istifadəyə verilir
Mart 04, 2016 19:31 Asia/Baku
İran və Azərbaycannın dəmir yolları üzrə rəsmiləri Naxçıvan-Məşhəd dəmir yolu xəttinin yaxın gələcəkdə istifadəyə veriləcəyindən xəbər veriblər.
İRNA-nın məlumatına görə, İran və Azərbaycanın dəmir yolu rəsmiləri cümə axşamı Naxçıvanda görüşüblər. Bu görüşdə İran heyətinə İranın dəmir yolları idarə heyətinin üzvü Abbas Hacı Fəthəli, Azərbaycan heyətinə isə Azərbaycan Dəmir Yolları Şirkətinin rəisi Cavid Qurbanov başçılıq edib.
Bu iclasda dəmir yolu ilə yüklərin daşınması sahəsində əldə olunmuş anlaşmalar təsdiq edilib.
Abbas Hacı Fəthəli İran və Azərbaycanın qonşu dövlətlər olmalarına işarə edərək, deyib: İranın dost və qardaş dövlət olan Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə tam hazırdır.