İlahiyyatçının həbs müddəti uzadıldı
Mart 06, 2016 20:07 Asia/Baku
İlahiyyatçı Elgün Axundun həbs müddəti 3 ay uzadılıb
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda "Report" məlumat verib. Saytın əldə etdiyi məlumata görə, E.Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Qərardan narazı qalan E.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Elgün Axundov Nardaran hadisələrindən sonra həbs olunub. Bəzi saytlar onun "Müsəlman Birliyi Hərəkatı"na dəstək verdiyinə görə, həbs olunduğunu bildiriblər.