Mart 15, 2016 12:03 Asia/Baku
  • Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək
    Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır.

APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə N. Nazarbayev bəzi ölkələrin Qazaxıstandakı səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib.

Etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edənlər arasında Azərbaycan səfiri Rəşad Məmmədov da olub.

"Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahələrində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm", - deyə N. Nazarbayev qeyd edib.

Lakin o, səfərin tarixini açıqlamayıb.

Teqlər