Mart 15, 2016 20:24 Asia/Baku
  • 
QAT Anjey Kaspşiki ermənipərəstlikdə ittiham etdi
    QAT Anjey Kaspşiki ermənipərəstlikdə ittiham etdi

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin son dövrlərdə mandatına uyğun olmayan hərəkətlərini qətiyyətlə pisləyir və hesab edir ki, Azərbaycan hakimiyyəti bu məsələyə diqqətlə yanaşmalıdır.

QAT bildirib: Kaspşik son aylar ərzində təkbaşına Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edir, qondarma rejimin rəhbəri Bako Saakyanla və digər quldurlarla görüşür. A.Kaspşik izah etməlidir ki, bu səfərlərdə onun məqsədi nədən ibarətdir. Bir şey aydındır ki, onun bu səfərləri erməni lobbisinin sifarişi ilə həyata keçirilir və qondarma rejimin dırnaqarası "leqallaşdırılması"na, Dağlıq Qarabağdakı separatçıların təbliğinə yönəlib. Hər dəfə bu səfərlərdən sonra erməni mətbuatı, hətta bəzi xarici ölkə KİV- ləri də A. Kaspşikin görüşdüyü qondarma rejimin rəhbərini dırnaqarası "Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi təqdim edir. A. Kaspşik və digərləri bunu görmürlərmi?! Əlbəttə, görürlər və buna şərait yaradırlar. Bu hal təkcə A. Kaspşikə deyil, Minsk qrupunun həmsədrlərinə də aiddir. Onların işğal olunmuş ərazilərə səfərləri qondarma rejimin təbliğinə xidmət edir.

Bütün bunlar bir daha göstəriri ki, Minsk qrupunun həmsədrləri, ATƏT- in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin üzdəniraq "fəaliyyəti" münaqişənin ədalətli həllinə deyil, status- kvonun, işğal vəziyyətinin saxlanılmasına, Dağlıq Qarabağdakı qondarma rejimin təbliğinə yönəlib. Biz həmişə dediyimiz tələbi bir daha təkrar edirik ki, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə son qoyulmalıdır, həmsədrlərin, dırnaqarası “şəxsi nümayəndə”nin işğal olunmuş ərazilərə səfərlərinə, orada qondarma rejimin nümayəndələri ilə görüşlərinə imkan verilməməlidir.

Teqlər