Azərbaycan Respublikası dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə qarışmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i214897-azərbaycan_respublikası_dünya_ictimaiyyətinin_qarabağ_münaqişəsinin_həllinə_qarışmasını_vurğulayıb
Azərbaycan Respublikasının xarici işlər naziri dünya ictimaiyyətindən istəyibdir ki, ölkəsinin ərazisinin Ermənistan tərəfindən işğalını və İrəvanın təcavüzkar siyasətlərini dayandırmaq məqsədilə məsələyə qarışsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 06:43 Asia/Baku
  • Azərbaycan Respublikası dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə qarışmasını vurğulayıb
    Azərbaycan Respublikası dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə qarışmasını vurğulayıb

Azərbaycan Respublikasının xarici işlər naziri dünya ictimaiyyətindən istəyibdir ki, ölkəsinin ərazisinin Ermənistan tərəfindən işğalını və İrəvanın təcavüzkar siyasətlərini dayandırmaq məqsədilə məsələyə qarışsın.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov Türkiyədə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin 13-cü sammitində deyib: Dünya ictimaiyyətinin Azərbaycan Respublikası ərazisinin Ermənistan tərəfindən işğalını və İrəvanın təcavüzkar siyasətlərini tənqid etməsi zəruridir.

O, əlavə edib: Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli məntəqələrdə atəşkəs razılaşmasının mövcud olmasına rəğmən, erməni qüvvələr bu razılaşmaya əməl etməyərək, Azərbaycan Respublikasının mövqelərinə atəş açırlar.