Apr 19, 2016 18:56 Asia/Baku
  • Azərbaycan Respublikası-Rusiya sərhədindəki kənddə yerləşən ziyarətgah yandırılıb
    Azərbaycan Respublikası-Rusiya sərhədindəki kənddə yerləşən ziyarətgah yandırılıb

Naməlum şəxslər Azərbaycan Respublikasınn Rusiya ilə həmsərhəd olan Xaçmaz şəhərinin Yalama kəndindəki bir ziyarətgahı yandırıblar.

Azadlıq qəzetinin yazdığına görə, naməlum şəxslər Yalama kəndindəki "Molla Əhməd" ziyarətgahına hörmətsizlik edərək, onu yandırıb və dağıdıblar.

Bundan öncə də bu məntəqədəki Xan Oba kəndində yerləşən "Qışlaq baba" ziyarətgahı naməlum şəxslər tərəfindən yandırılmışdı. İndiyədək bu hadisənin amilləri aşkarlanmayıbdır.

Qeyd etmək lazımdır ki, bir neçə gün bundan qabaq da Astara şəhərində yerləşən Şikran kəndindəki 20 qəbir daşı naməlum şəxs və ya şəxslərin hücumlarına məruz qalaraq, dağıdılmışdı.

Teqlər