Əlaqələrin inkişafı, Laricani-Əsədov müzakirələrinin mehvəri olub
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Avrasiya ölkələri parlamentləri sədrlərinin iclası kənarında Azərbaycan Respublikası Milli Məclisinin sədri ilə ikitərəfli əlaqələrin xüsusilə parlament sahəsində genişləndirilməsi və regional əməkdaşlıqların inkişafı haqda danışıb.
Çərşənbə axşamı günü Moskvada İranın Rusiyadakı səfiri Mehdi Sənayinin iştirakı ilə keçirilən bu müzakirələrdə Laricani deyib: Azərbaycan Respublikası İranın dost və qardaş ölkəsidir və bu ölkənin dövləti və xalqı ilə son dərəcə hörmət və dostluğa malikik və xoşbəxtlikdən, ikitərəfli əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə genişlənməkdədir.
O, İran-Rusiya-Azərbaycan və İran-Azərbaycan-Türkiyə iclaslarının son vaxtlar keçirilmiş müsbət bir hadisə olduğunu vurğulayaraq, deyib: Rəşt-Astara-Bakı dəmiryolunun qovuşması razılaşması iki ölkə üçün mühüm layihə sayılır.
Laricani sonra iki ölkənin ticari və iqtisadi əlaqələrinin inkişaf sahələrinin yaranmasına işarə edərək, deyib ki, İrana qarşı sanksiyalar götürülüb və bank əlaqələri iki ölkənin tacirləri üçün asanlaşdırılmalıdır.
İranın parlament sədri həmçinin Qarabağ məsələsinin həlli zərurətini vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədri də bu görüşdə Bakının Tehranla əlaqələrni genişləndirmək istədiyini vurğulayaraq, iki ölkə əlaqələrinin önəmini qeyd edib.
Oktay Əsədov Qarabağ böhranı haqda beynəlxalq vasitəçilərin və Minsk qrupunun fəaliyyətlərini tənqid edərək, deyib ki, bu böhran 25 ildir davam edir və indiyədək onlar tərəfindən böhranın həlli üçün müsbət addım atılmayıbdır.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Qarabağ döyüşlərinə toxunaraq, deyib: Əgər döyüşlər davam etsəydi, böyük insan tələfatına gətririb çıxarardı. Bununla belə, Qarabağdan altı məntəqə bizə qaytarıldı, amma hüquqi müzakirələr başlanmalıdır.