Apr 20, 2016 09:41 Asia/Baku
  • Leyla Yunus və Arif Yunusa ölkəni tərk etmək icazəsi verilib
    Leyla Yunus və Arif Yunusa ölkəni tərk etmək icazəsi verilib

Dövlətə xəyanət və digər maddələrlə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş və sonradan həbs qətimkan tədbiri şərti cəza ilə əvəzlənən Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Trend-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, adı çəkilən şəxslər ölkəni tərk ediblər: "Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Leyla Yunus və Arif Yunus müalicə üçün ölkədən buraxılıblar".

2014-cü ildə dövlətə xəyanət və bir sıra digər ittihamlar əsasında həbs edilən Leyla Yunus və Arif Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müvafiq olaraq 8 il 6 ay və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Teqlər