Qarabağ cəbhəsində gərgin gecə, ölən və yaralananlar var
https://azeri.sahartv.ir/news/azərbaycan-i216514-qarabağ_cəbhəsində_gərgin_gecə_ölən_və_yaralananlar_var
Ermənistan hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2016 06:24 Asia/Baku
  • Qarabağ cəbhəsində gərgin gecə
    Qarabağ cəbhəsində gərgin gecə

Ermənistan hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək mütəmadi atəş səsləri eşidilib, Qarabağ cəbhəsində gərgin gecə yaşanıb.

APA-nın xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib.

Qəlpə yarası alan 7 sakindən, 2 nəfərin vəziyyəti ağır deyilir.

Bu gecə həmçinin ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb.

Azərbaycan müdafiə naziri general Zakir Həsənov bir gün əvvəl cəbhəboyu zonalarda olub.

Daxil olan məlumatlara görə, şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verilib.