Apr 28, 2016 11:21 Asia/Baku
  • 
İranın gənc yunan-roma güləşçiləri Bakıda 1 gümüş və 4 bürünc medal qazanıblar
    İranın gənc yunan-roma güləşçiləri Bakıda 1 gümüş və 4 bürünc medal qazanıblar

Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən keçirilən yunan-roma güləşi üzrə yarışların ikinci günündə İranın gənc güləşçiləri 1 gümüş və 4 bürünc medal qazanıblar.

Bu yarışların gümüş medalını 120 kiloqram çəki dərəcəsində Əmir Məhəmməd Hacıpur qazanıb və həmin çəki dərərəsində Əmin Mirzəzadə də bürünc medal əldə edib.

Üç digər bürünc medalı da 66 kiloqram çəki dərəcəsində Məhəmməd İlyasi, 84 kiloqram çəki dərəcəsində Arman Əlizadə və 96 kiloqram çəki dərəcəsində Məhəmməd Beyranvənd əldə ediblər.

İran yığmasının məşqçisi Rza Simxah bu yarışlarda əldə olunmuş nəticələri bütövlükdə yaxşı adlandırıb və belə deyib: Bizim əsas komandamızın Gürcüstanda olduğu, bir neçə güləşçinin yeniyetmələr sırasından gənclər sırasına gəlməsinə və yarışlarda güclü güləşçilərin iştirakına görə, biz yaxşı nəticə əldə etmişik.

Dünən yeniyetmə yunan-roma güləşçilərinin rəqabətilə başlamış bu yarışlar sabah sərbəst güləş üzrə yeniyetmə, birisigün isə gənc güləşçilərin rəqabətləri ilə başa çatacaq.

Teqlər