İyun 15, 2016 14:37 Asia/Baku
  • İslamçı məhbuslar amnistiya aktından yararlana bilməyəcəklər
    İslamçı məhbuslar amnistiya aktından yararlana bilməyəcəklər

28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin (MM) qərarı bu gündən qüvvəyə minir.

İslam azeri infternet portalı bu barədə verdiyi reportajda yazır: İslami Cameəni son günlər bu amnistiyada hansı islamçı məhbusun azad ediləcəyi sualı düşündürür. Yəni 3500 azad olunan mhbusların içində tanıdığımız və ya tanımadığımız islamçı məhbuslar olacaqmı?

Reportajda deyilir: Ümumi əfv qanununun araşdırmalarına görə, ağır cinayət ittihamı ilə həbs edilənlər əfv fərmanı siyahısına alınmayacaq.

AİP lideri Mövsüm Səmədov və onunla həbs olunanların işində amnistiya tətbiq olunmayan cinayət məcəlləsinin bu maddələrindən 228 və 214.2-ci maddələri; Abgül Süleymanovun 234.2, 228, 233-cü maddələri; Jurnalist Araz Quliyev və Masallı dindarları - 228, 233 maddələri; Jurnalist Nicat Əliyev və onunla birlikdə həbs olunanlar - 167-2.2 və digər maddələr; 5 oktyabrda keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunanlar 233-cü və 315-ci maddələri; Nuhbala Rəhimov -228-ci maddəsi; olduğuna görə bu amnistiya aktından yararlana bilməyəcəklər.

Elşən Mustafayev və Ceyhun Cəfərova məhkəmə hökm oxunmadığına (çünki məhkum hökm verilənlərə deyilir) və ittiham olunduqları maddə ağır olduğuna görə; Nardaran olayları zamanı həbs olunanların həm ittiham olunduqları maddələr, həm də, istintaqları davam etdiyinə görə amnistiya aktı barələrində şamil edilməyəcək.

Teqlər