Elmar Məmmədyarov xəzərin şimal –cənub bölgüsününə diqqət çəkdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i225217-elmar_məmmədyarov_xəzərin_şimal_cənub_bölgüsününə_diqqət_çəkdi
Azərbaycan Respublikası xarici işlər naziri Xəzər dənizinin hüquqi statusu ilə bağlı 5 ölkənin bərabər çalışma ruhuna zidd çıxış edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 14:28 Asia/Baku
  • Elmar Məmmədyarov
    Elmar Məmmədyarov

Azərbaycan Respublikası xarici işlər naziri Xəzər dənizinin hüquqi statusu ilə bağlı 5 ölkənin bərabər çalışma ruhuna zidd çıxış edib.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib: "Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk".

Buna baxmayaraq Elmar Məmmədyarov bildirib: "Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.