Avq 17, 2016 12:18 Asia/Baku
  • Nardarandakı “Həzrəti Rəhimə xanım Ziyarətgahı” adlı dini icma fəaliyyətini dayandırdı
    Nardarandakı “Həzrəti Rəhimə xanım Ziyarətgahı” adlı dini icma fəaliyyətini dayandırdı

Nardaran qəsəbəsi “Həzrəti Rəhimə xanım Ziyarətgahı” icması təsisçilərinin 12 avqust tarixli iclasının qərarına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının icmanın fəaliyyətinə  icazə verən 13 oktyabr 1993-cü il qərarı ləğv edilib.

Bununla da Nardaran qəsəbəsindəki “Həzrəti Rəhiməxanım Ziyarətgahı” dini icması ləğv edilib.

Bu barədə İRİB məlumat verib. 

Məlumata görə, dini icma özünü buraxması ilə bağlı hər hansı  məlumat yaymayıb və Ədliyyə Nazirliyinin qərarına münasibət bildirməyib.

Nardaran piri VIII əsrə aiddir. Bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. O, öz ailəsi ilə birgə bu kəndə pənah gətirərək burada yaşayıb və elə burada da dəfn olunub.

Teqlər