Avq 17, 2016 17:46 Asia/Baku
  • Eldar Mahmudov
    Eldar Mahmudov

Azadlıq qəzeti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yüksək səviyyəli dövlət rəsmilərinin şəxsi həyatı ilə bağlı 2800-dən artıq video yazını necə əldə etməsini ifşa edib.

Azadlıq qəzetinin yazdığına görə, Eldar Mahmudov Türkiyənin "Babil Elektrik" şirkətinin əməkdaşlığı və bəzi otellər, əyləncə mərkəzləri, istirahət mərkəzləri və bir sıra digər məkanlarda məxfi kameraların quraşdırılması  yolu ilə dövlət rəsmilərinin şəxsi həyatı ilə bağlı video görüntülər əldə edirmiş. 

Bu məlumata görə, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu şirkəti təhdid edərək, bildiribmiş ki, yalnız bu nazirlik ilə əməkdaşlıq edəcəyi təqdirdə Azərbaycanda qala və fəaliyyət göstərə bilər. 

Hazırda Babil Elektrik şirkətinin Azərbaycanda fəaliyyəti dayandırılıb və bu şirkətin rəsmiləri ilə telefon əlaqəsinin yaradılması da mümkün olmur. 

Azərbaycan prezidenti cənab İlham Əliyev bir müddət öncə Eldar Mahmudovu qanundan kənar rəftarları və səlahiyyətlərini aşma səbəbi ilə tutduğu vəzifədən kənarlaşdırmışdı. 

Eldar Mahmudovun mənzilinə baxış keçirilərkən dövlət rəsmilərinin şəxsi həyatı ilə bağlı aid 2800-dən çox video yazı əldə edilib. 

Teqlər