Azərbaycan R-da F.Gülənin tərəfdarları barədə təhqiqatlar başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i230140-azərbaycan_r_da_f.gülənin_tərəfdarları_barədə_təhqiqatlar_başlanıb
Azərbaycan Respublikasının baş porkuroru bu ölkədə Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənin tərəfdarları barədə təhqiqatların başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2016 13:54 Asia/Baku
  • Fəthullah Gülən
    Fəthullah Gülən

Azərbaycan Respublikasının baş porkuroru bu ölkədə Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənin tərəfdarları barədə təhqiqatların başlanmasından xəbər verib.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının baş porkuroru, Fəthullah Gülənin tərəfdarlarının bu ölkədə hər cür qanunsuz hərəkətinin qarşısını almaq üçün bu hərəkətə əl atıb.

Azərbaycan Respublikasının baş porkurorunun sözçüsü Eldar Sultanov bildibir ki, Fəthullah Gülənin tərəfdarları barədə təhqiqatlar baş prokurorluğun ağır cinayətlər üzrə təhqiqat idarəsi tərəfindən həyata keçirilir. O, qeyd edib ki, hazırda bununla bağlı lazımi cinayət təhqiqatları davam edir.

Türkiyə dövləti Fəthullah Güləni 237 nəfərin ölümü ilə nəticələnmiş bu ölkədəki son çevrilişdə əli olmaqda ittiham edibdir.

Ankara bu çevrilişin ardınca müxtəlif orqan və aparatların Gülənin tərəfdarlaından təmizlənməsi çərçivəsində təqribən 80 min nəfərin işini dayandırıb, çıxarıb və ya həbs edibdir.