Avq 25, 2016 15:50 Asia/Baku
  • MTN-in sabiq nəqliyyat şöbəsinin müdiri aclıq keçirir
    MTN-in sabiq nəqliyyat şöbəsinin müdiri aclıq keçirir

Bakıdakı bir saylı zindanda saxlanılan MTN-in sabiq nəqliyyat şöbəsinin müdiri aclıq keçirir.

Trend xəbər agentliyinin məlumatına görə, Akif Çovdarovun vəkili Sadıq Rəsulov deyib ki, onun müvəkkili avqustun 19-dan aclıq elan edib və hətta ona yazılmış dərmanları belə istehlak etmir.

Sadıq Rəsulov həmçinin deyib: Çovdarov cismani və ruhi cəhətdən olduqca pis vəziyyətdədir; onun sağlamlığı təhlükə qarşısındadır.

Qeyd edək ki, Akif Çovdarov əxlaq və maliyyə pozğunluğu, eləcə də dövlət əmlakını mənimsəmə ittihamı ilə 2015-ci il noyabrın 14-də həbs olunub və noyabrın 15-də Bakı şəhər məhkəmələrindən birinin qərarı ilə üç aylıq həbsə məhkum olunub. Cari ilin fevralında isə onun həbs müddəti dörd ay uzadıldı.

 

Teqlər