Avq 29, 2016 19:58 Asia/Baku
  • Elmar Məmmədyarov
    Elmar Məmmədyarov

“Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”. Bunu Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə birgə mətbuat konfransı deyib.

Məmmədyarov bildirib: “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”.

 

Teqlər