Azərbaycanda Gülənlə həmkarlıq ittihamı ilə daha iki nəfərin həbs olunması ehtimal edilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i232223-azərbaycanda_gülənlə_həmkarlıq_ittihamı_ilə_daha_iki_nəfərin_həbs_olunması_ehtimal_edilir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri və bu ölkə parlamentinin sabiq üzvlərindən birinin adı Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənlə həmkarlıq ittihamı ilə həbs olunanlar siyahısına salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 05:50 Asia/Baku
  • Azərbaycan R-da Gülənlə həmkarlıq ittihamı ilə daha iki nəfərin həbs olunması ehtimal edilir
    Azərbaycan R-da Gülənlə həmkarlıq ittihamı ilə daha iki nəfərin həbs olunması ehtimal edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri və bu ölkə parlamentinin sabiq üzvlərindən birinin adı Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənlə həmkarlıq ittihamı ilə həbs olunanlar siyahısına salınıb.

Aran Nyus-un məlumatına görə, Azərbaycan Respublikasının dövlət mənbələri tərəfindən yayılmış mötəbər xəbərlərə əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov və Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Ceyhun Osmanlı tezliklə Gülən şəbəkəsilə həmkarlıq ittihamı ilə həbs olunacaqlar.

Türkiyədə uğursuz 15 iyul çevrilişindən sonra  Azərbaycan Respublikasında ANS telekanalı və Qafqaz Universiteti bağlandı və bəziləri də Gülənə tərəfdarlıq etmək ittihamı ilə həbs olundu.