Sen 01, 2016 10:27 Asia/Baku
  • Azərbaycan müxalifəti mitinq keçirəcək
    Azərbaycan müxalifəti mitinq keçirəcək

Azərbaycan Respublikasında Milli Şura 26 sentyabr referendumu ilə bağlı mitinq keçirməyi planlaşdırır. Bu barədə məlumatı öz “Facebook” səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli yayıb.

AXCP sədrinin sözlərinə görə, ilk mitinq sentyabrın 11-də, saat 17:00-da "İnşaatçılar" metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacaq.

 

Teqlər