Sen 08, 2016 18:29 Asia/Baku
  • Tale Bağırzadə
    Tale Bağırzadə

Azərbaycan paytaxtı Bakının Nardaran qəsəbəsi ilə əlaqədar işdə yalançı şahidlər məhkəmədə şahidlik ediblər.

İslamazeri saytının məlumatına görə, Azərbaycan Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadənin məhkəmə iclasında 26 noyabr Nardaran hadisələrinin şahidləri yalan şahidlik ediblər.

Məlumata görə, Nardaran işinin yalançı şahidi Şahlar Cəfərov ötən gün keçirilən məhkəmə iclasında deyib: Tale Bağırzadə bir evin həyətində Azərbaycan Daxili İşlər Nazirliyinin polis məmurlarına qarşı barrikada qurmuş və onlara doğru odlu silahlardan atəş açırmış.

Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə idarəsinin məmuru olan digər bir şahid də yalan şahidliklə Tale Bağırzadənin polis məmurlarına doğru atəş açdığını təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan təhlükəsizlik qüvvələri ötən il 26 noyabrda Bakı şəhərinin Nardaran qəsəbəsində əzadarlara atəş açaraq Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onlarla islamçını həbs ediblər.

Teqlər