Azərbaycan və İngiltərə müdafiə nazirləri görüşüblər
Azərbaycan və İngiltərə müdafiə nazirləri bir iclasda iki ölkənin hərbi əməkdaşlıqlarının artırılması yollarını müzakirə ediblər.
Virtual saytının məlumatına görə, general Zakir Həsənov Michael Fallonla Londonda görüşdə Bakı-London ikitərəfli hərbi əməkdaşlıqların perspektivi və Dağlıq Qarabağ münaqişəsinin həlli barəsində danışıqlar aparıblar.
Michael Fallon da bu görüşdə Azərbaycanın NATO-nun "Sülh uğrunda iştirak" planında iştirakını vurğulayıb.
İlham Əliyev hökumətinin qərb dövlətləri, xüsusilə də Amerika ilə ixtilaflarının olmasına baxmayaraq, Azərbaycan hələ də NATO-nun hərbi təlimlərində iştirak edir.
Qeyd edək ki, Azərbaycan hökuməti Qarabağ böhranının həlli istiqamətində "fərdi iştirak" və "Sülh Uğrunda İştirak" planları çərçivəsində NATO ilə əməkdaşlıqların artırılmasını öz xarici siyasətinin prioritetinə çevirmişdir.