Sen 30, 2016 17:46 Asia/Baku
  • Azərbaycanda istixana şəraitində əkin genişlənib
    Azərbaycanda istixana şəraitində əkin genişlənib

Azərbaycan Respublikasında istixana şəraitində əkinin inkişaf etməsi ilə bu ölkənin regional bazarlarda iştirakına şərait artıb.

İRİB-in məlumatına görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev bu barədə deyib: Son illər ərzində qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində ölkədə istixana şəraitində əkinin inkişafı sürətlənib və hal-hazırda bu ölkənin istixana şəraitində əkin səviyyəsi 3200 hektara çatıb.

Dövlətin bu növ əkinə dəstəklərinə toxunan Hacıyev əlavə edib: Kreditin ödənməsi, müxtəlif kimyəvi maddələr və keyfiyyətli toxumun verilməsi, modern təsərrüfatçılığın öyrədilməsi və məhsullara bazarların tapılması hökumətin bu növ əkinə dəstəklərindəndir. 

Əsasən bakının ətrafında bazarlara yaxın məkanlarda hazırlanan istixanalarda müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən xiyar, bibər, pomidor, badımcan, müxtəlif göyərtilər istehsal olunur və daxili istehlakdan əlavə onun 30% MDB ölkələrinə ixrac edilir. 

Payız fəslinin başlanması və kənd təsərrüfatı fəaliyyətləri üçün iqlib şəraitinin münasib olmaması ilə, istehsalçıların qış fəslində məhsulun istehsalı məqsədilə bu növ təsərrüfatçılığa üz tutmasına gətirib çıxarmışdır. 

İstixana şəraitində əkinçilik, məhsulun artımı, su istifadəsinə qənaət, qeyri-münasib hava şəraitinə nəzarət, ziyanvericilərin qarşısının alınması kimi imtiyazlarına və region bazarlarında iştiraka şərait yaratmaq üçün Azərbaycan hökumətiin diqqətində durub və bu növ təsərrüfatçılığa yaxşı investisiya ayrılır. 

Teqlər