Okt 10, 2016 17:39 Asia/Baku
  • DİN-in nardaran əməliyyatı
    DİN-in nardaran əməliyyatı

Məhərəm ayının matəm günləri ilə eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində silah və hərbi sursat aşkar edilməsindən xəbər verib.

Trend informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan DİN-in mətbuat xidməti bir bəyanat yayaraq bildirib ki, DİN-in Nardaran sakinlərinə qeyri-qanuni silahları təhvil vermələri barədə çağırışlarına baxmayaraq, kənd sakinlərinin evlərində silah saxlanıldığı barədə DİN-ə məlumatlar daxil olub. 

Ekspertlər Nardaranda silah aşkar edilməsi əməliyyatını iqtidarın Nardaran möminlərini qorxutmaq və bu kənddə İmam Hüseyn(ə) üçün matəm mərasimlərinin keçirilməsinin qarşısını dolayısı ilə almaq məqsədi ilə həyata keçən metod olduğunu deyirlər. 

Dovlət rəsmiləri son illər ərzində Azərbaycanlı möminlərin məscidlərdə iştirakı və islam ehkamlarını yerinə yetirmələrinə mane olmaq üçün müxtəlif metodlardan istifadə etmişdir. Misal üçün dövlət orqanları, eləcə də orduda xidmət edən Azərbaycan vətəndaşları namaz qılarlarsa, işdən qovulacaqlar. Vətəndaşları islam ehkamından uzaq saxlamaq üçün birbaşa repressiya, fiziki qarşıdurma, möminlərə əsassız ittiham vurma, məscidlərin bağlanılması, məscidlərin vəhhabilərin ixtiyarına verilməsi və bu kimi digər metodlar da son illərdə tətbiq edilmişdir. 

Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son vaxtlar bildirib ki, təkyələr, evlər və küçələrdə matəm mərasimləri keçirmək qadağandır. Yeni göstərişə əsasən Məhərrəm ayında Aşura mərasimləri də məscidlərdə keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi də bir bəyanat yayaraq, müsəlman əhalidən sadəcə məscidlər və evlərdə matəm mərasimlərini təşkil etmələrini və Aşura günü qanvermə aksiyasında iştirak etmək üçün müəyyənləşdirilmiş mərkəzlərə müraciət etməsini istəyib. 

Bu məhdudiyyətlərə rəğmən Azərbaycanın mömin kütlələri Allahın əmrlərini yerinə yetirməkdə daima öncül olmuşlar. Bu istiqamətdə Məhərrəm ayı və həzrət Əba Əbdillah-əl-Hüseynin(ə) şəhadətinin ildönümü günlərində Azərbaycan xalqı məscidlərdə matəm mərasimləri keçirərək Hüseyn hərəkatının davamına təkid edir. Matəm mərasimlərində natiqlər də Aşuranın fəlsəfəsi və İmam Hüseynin(ə) məqsədləri barədə danışırlar. Bu məclislərdə yeniyetmələr və gənclərin geniş iştirakı onların Kərbəlanın sönməz günəşinə və Aşura hərəkatının yüksək təlimlərinə olan inamını göstərir.

Ekspertlərə görə əslində iqtidarı narahat edən amil də elə bu reallıqdır və hakimiyyət yeni nəsilin islama olan diqqəti və etiqadını məqsədəuyğun hesab etmir, lakin gənclər və yeniyetmələrin islam dininə dərin meyillərini nəzərə alaraq ekspertlərə görə hakimiyyətin buna qarşı siyasətləri gözlənilən effekti vermir. 

Azərbaycan Respublikası gəncləri və yeniyetmələri İmam Hüseyn(ə) məktəbini insanların qaranlıqdan xilasının, eləcə də Azərbaycan ərazilərinin işğaldan qurtarmasının yeganə yolu hesab edirlər, halbuki Azərbaycan Respbulikası medialarında xalqın bu inancı sual altına alınır, insanların, xüsusilə gənclərin qərbdəki əxlaqsız tərbiyə ilə yetişmələrinə cəhd göstərilir. 

Azərbaycanda Məhərrəm mərasimlərinə elə bir şəraitdə qadağa qoyulur ki, bu ölkə xalqının 98%-i müsəlmandır və onun da böyük əksəriyyətini şiələr təşkil edirlər. 

Teqlər