Azərbaycanın energetika naziri OPEK iclasında iştirak etməyəcək
-
Azərbaycanın energetika naziri OPEK iclasında iştirak etməyəcək
Azərbaycan Respublikasının energetika naziri Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclasında iştirak etməyəcək.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Energetika Nazirliyi bazar ertəsi günü bildirib: Nazir Natiq Əliyev bu həftə Vyanaya səfərini ləğv edib və 30 noyabrda Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclasında iştirak etməyəcək.
OPEKə- üzv olmayan Azərbaycanın neft naziri bundan öncə bildirmişdi ki, bu təşkilat Vyana iclasında təşkilata üzv olmayan istehsalçılardan gələn ildə öz neft istehsalını 880 min barelə qədər azaltmasını istəyir.
Azərbaycanın əsas neft istehsalı Azəri-Çıraq-Günəşli neft yatağı ilə əlaqədardır.
Azərbaycanın neft istehsalı orta hesabla cari ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə gündə 870 min barel olaraq qalmışdır. Lakin 2015-ci ilin ikinci yarısı ilə müqayisədə gündəlik 20 min barelin artdığını göstərir.