Dek 14, 2016 12:04 Asia/Baku
  • Azərbaycanda Netanyahunun səfərinə etirazlar davam edir
    Azərbaycanda Netanyahunun səfərinə etirazlar davam edir

Qarabağın Azadlığı Uğrunda İslam Müqaviməti Hərəkatı bir bəyanat yayaraq sionist rejim baş nazirinin Azərbaycan Respublikasına səfərini pisləyib.

İRİB-in məlumatına görə, bu bəyanatda bildirilib: Sionist rejim baş naziri Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycan Respublikası dövlətinin mənafeyi ilə ziddiyyətdədir və Qarabağın Azadlığı Uğrunda İslam Müqaviməti Hərəkatının üzvləri bu səfərə etiraz edirlər. 

Hərəkatın bəyanatında həmçinin deyilir: Sionist rejim illərdir fələstinlilərin ərazilərini işğal edib və günahsız insanları qətliam edir. 

Bu bəyanatdan qeyd olunub: İşğal olunmuş Fələstində insan faciələri təkcə islam ölkələri deyil, dünyanın digər ölkələri də pisləyir və müharibə cinayətkarı kimi Netanyahunun cəzalandırılmasını vurğulayırlar. 

Bundan öncə Azərbaycan İslam partiyası və Ruhanilər Birliyi də bəyanatlar verərək sionist rejim baş nazirinin Azərbaycana səfərini sərt şəkildə qınamışdılar. 

Teqlər