Yan 09, 2017 17:01 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti İlham Əliyev
    Azərbaycan Respublikası prezidenti İlham Əliyev

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə və İran prezidenti Həsən Ruhaniyə ayrı-ayrılıqda ünvanlanmış müraciətlərdə Ayətulla Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Müraciətd deyilir: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri və hörmətli Ruhani cənabları, İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınıb. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə verib. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 

Teqlər