Fev 01, 2017 10:50 Asia/Baku
  • Türkiyə Bakıdakı Qafqaz Universitetində terrorçuluq təfəkkürlərinin yayıldığını vurğulayıb
    Türkiyə Bakıdakı Qafqaz Universitetində terrorçuluq təfəkkürlərinin yayıldığını vurğulayıb

Türkiyə prokurorluğu Bakıdakı Qafqaz Universitetinin adını terrorçuluğu yayan mərkəzlər siyahısına salıb.

IRIB-nin məlumatına görə, Türkiyə prokurorluğu dünən Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Rumıniyada "Fəthullah Gülən" qrupunun 17 təlim mərkəzinin siyahısını yayıbdır ki, onların arasında qərar tapan Bakıdakı bağlanmış Qafqaz Universitetinin adı terrorçuluğu yayan mərkəz kimi qeyd olunub. 

1993-cü ildə açılmış Bakıdakı Qafqaz Universiteti son vaxtlar Türkiyə hökumətinin istəyilə bağlanıbdır.

Türkiyə hökumətinin ciddi tənqidçilərindən olan Fəthullah Gülən bu ölkədə qiyabi surətdə mühakimə olunan kəslərdəndir. Belə bir halda, o, dəfələrlə Ankaranın onun uğursuz 15 iyul çevrilişində əlinin olmasına dair ittihamlarını rədd edib və bildiribdir ki, bu çevrilişin əsas konstruktoru Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın özü və onun məqsədi, bu çevrilişi icra etməklə hökumətin müxalifləri və tənqidçilərini yatırmaq olubdur.

Teqlər