Müsavat qərargahının qarşısında etiraz aksiyası keçirilib
Fev 03, 2017 13:16 Asia/Baku
-
Müsavat qərargahının qarşısında etiraz aksiyası keçirilib
Müsavat Partiyası qərargahının qarşısında bir qrup gənc etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, onlar Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki gün əvvəl Novxanıda keçirilən tədbirdəki çıxışına etirazlarını bildiriblər.
Aksiyada “İsa Qəmbər uğursuzluq simvoludur!”, “İdarəçiliyini gördük, daha hərc-mərclik istəmirik”, “Ar olsun!” şüarları səsləndirilib.
Polis aksiyaçıları Müsavat qərargahı yaxınlığından uzaqlaşdırıb.
31 yanvarda Müsavat Partiyası Novxanı kəndində Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümü münasibətilə mitinq keçirib.
İsa Qəmbər Novxanıdakı çıxışı zamanı ad çəkmədən ölkədə Heydər Əliyevi bütləşdirmək siyasətini tənqid etmişdi.