İŞİD üzvü Azərbaycanı hədələdi
Fev 06, 2017 12:25 Asia/Baku
-
İŞİD üzvü Azərbaycanı hədələdi
İŞİD üzvü olması ehtimal olunan bir şəxs sosial şəbəkələrdə video paylaşaraq, Azərbaycanı terrorla hədələyib. Onun tələbi vəhhabilərin zindandan azad edilsin.
İslamazeri.az-ın verdiyi xəbərə görə, terrorçu hədə və təhqir dolu video-müraciətində ölkədəki vəhhabilərin azad edilməsini tələb edir.
Terrorçu 11 sentyabrdan öncə ABŞ Kəşfiyyatında hücumla bağlı məlumat olduğunu və hədəsinin ciddi olduğunu inandırmağa çalışıb.
"Zindandakı müsəlmanları azad etməsən, görəcəksən nə olacaq. Müsəlman deyəndə şiələri nəzərdə tutmuram, vəhhabiləri nəzərdə tuturam. Əgər onları azad etməsən ... yerlərdə terror edəcəyik.", - deyə terrorçu bildirir.