Azərbaycan İran ilə əlaqələrin genişləndirilməsinə təkid edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i260596-azərbaycan_İran_ilə_əlaqələrin_genişləndirilməsinə_təkid_edib
Azərbaycanın iqtisadiyyat naziri rəsmi Bakının İran İslam Respublikası ilə yaxın və səmimi əlaqələrə böyük əhəmiyyət verdiyi və əlaqələrin daha da genişləndirilməsinə səy göstərdiyini deyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 22, 2017 16:03 Asia/Baku
  • Azərbaycan İran ilə əlaqələrin genişləndirilməsinə təkid edib
    Azərbaycan İran ilə əlaqələrin genişləndirilməsinə təkid edib

Azərbaycanın iqtisadiyyat naziri rəsmi Bakının İran İslam Respublikası ilə yaxın və səmimi əlaqələrə böyük əhəmiyyət verdiyi və əlaqələrin daha da genişləndirilməsinə səy göstərdiyini deyib.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Ərdəbildə deyib: Azərbaycan prezidenti İlham Əliyev İran ilə əlaqələrin genişləndirilməsi haqda Azərbaycan dövlət rəsmilərinə xüsusi tapşırıq verib.

Ş.Mustafayev əlavə edib: Azərbaycandan yüksək səviyyəli bir heyət sərhədyanı əlaqələrin genişləndirilməsi məqsədi ilə Ərdəbil ostanına səfər edib və 2 günlük rəsmi səfər çərçivəsində İranın bu sərhəd məntəqəsi ilə əlaqələrin yaxşılaşdırılması və əməkdaşlıqların genişləndirilməsi yollarını araşdıracaq.

Azərbaycanın iqtisadiyyat naziri həmçinin, Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi üzrə Ərdəbil ostanında olan potensiallara işarə edib və deyib: Turizm, ticarət, birgə iqtisadi layihələrin icra edilməsi və mədəni əməkdaşlıqlar iki tərəf arasında əlaqələrin genişləndirilməsi üçün münasib bazaya malik olan sahələrdirlər.

Ərdəbilin imam camaatı atətullah seyid Həsən Amili də çərşənbə günü Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov ilə görüşdə İran İslam Respublikasını Azərbaycanın ən böyük xeyirxahı adlandırıb və deyib: İran Azərbaycan ilə dərin tarixi, mədəni və dini ortaqlıqlara malik olmasına görə, bu ölkəyə yardımlarını əsirgəməyib.

Bünyad Hüseynov da bu görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə təkid edib. Bünyad Hüseynov daha sonra İran - Azərbaycan birgə iqtisadi forumunda iştirak edib.