Təkbir demək və salavat çevirmək üçün 2 ay həbs
Mart 01, 2017 12:34 Asia/Baku
Təkbir dediyi və salavat çevirdiyi üçün həbs edilən gənc məhkəmə tərəfindən 2 ay həbsə məhkum edildi.
İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, Ağcabədi rayon polisinin Nofəl Hacıyev adlı dindar fəalı Qarabağ şəhidlərindən birinin dəfn mərasimində təkbir dediyi və salavat çevirdiyi üçün həbs etməsinin ardınca, məhkəmə tərəfindən barəsində 60 gün həbs qərarı çıxarılıb.
Bu məlumata görə, Nofəl Hacıyev saxlanıldıqdan sonra Ağcabədi rayon məhkəməsinə çıxarılıb və məhkəmə hakimi barəsində 2 ay həbs qərarı çıxardıb. Məhkəmə hakimi bu qərarı "inzibati xətalar məcəlləsinə" istinadla çıxardıb.