May 13, 2017 15:48 Asia/Baku
  • Azərbaycan R. hökumətini tənqid edən saytlar bloklandı

Bakının Səbail rayon məhkəməsi Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə media qurumunun saytının bloklanması barədə qərar çıxarıb.

Qərara əsasən, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib. 

Bakının Səbail rayon məhkəməsinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə media qurumunun saytının bloklanması barədəki qərarı elə bir haldadır ki, insan haqlarını müdafiə üzrə beynəlxalq təşkilatlar dəfələrlə bu ölkədə insan haqlarının pozulması, hökumət müxaliflərinin həbs olunmaları və söz azadlığının olmaması barədə xəbərdarlıq ediblər. 

Teqlər