Dünya güləşçiləri iranlı istedada məğlub oldu
İranın istedadlı güləşçisi IV İslam Həmrəyliyi Oyunlarında 86 kq çəki dərəcəsində Rio Olimpiyasının gümüş mükafatçısını məğlub edərək qızıl medal qazanıb. Yəzdani yarımfinalda London Olimpiyasının qalibini vaxtından əvvəl məğlub etmişdi.
Pars Today-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə yarışların sonuncu günündə 86 kq çəki dərəcəsində 2016-cı il Rio Olimpiyasının çempionu Həsən Yəzdani həmin olimpiyanın gümüş mükafatçısı Səlim Yaşarla qaşrılaşıb və sonda 11:0 hesabı ilə qalib gələrək bu oyunların qızıl medalına layiq görülüb.
Bundan öncə Mustafa Hüseynxani 70 kq çəki dərəcəsində qızıl medal qazanıb və 61 kq çəki dərəcəsində isə Məsul İsmayılpur bürünc medala layiq görülüb.
65 kq çəki dərəcəsində Meysəm Nəsiri qızıl medal, 97 kq çəki dərəcəsində Əmir Məhəmmədi gümüş medala layiq görülüblər.
Azərbaycan paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında İranın idman karvanı indiyə qədər 24 qızıl, 25 gümüş və 33 bürünc medal olmaqla ümumilikdə 82 medal qazanıb və İslamiadanın 3-cü pilləsində qərarlaşıb.