Bakıda "Qüds Günü və Qarabağ" adlı seminar keçirilib
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Bakıda " Qüds Günü və Qarabağ" mövzusunda iclas keçirilib.
İRNA-nın məlumatına görə, bu iclasda müxtəlif siyasi partiya və ictimai qrumların nümayəndələri iştirak ediblər.
AİP-in sədr əvəzi Hacı İlham Əliyev bu iclasda çıxış edərək, deyib: Dünya hazırda ciddi proseslər ilə üz-üzədir və bu hadisələrin əsası İmam Xomeyni(rə) tərəfindən qoyulub. Bu proseslər İslamın daha artıq canlanmasına və islami baxışların geişlənməsinə səbəb olub.
O daha sonra deyib: Qərblilər İslam dinini sadəcə ibadət üçün olan bir dini kimi təqdim etməyə çalışırdılar. Amma, İmam Xomeyni(rə) İslama söykənərk, İslam Ümmətinin oyanışı ilə müsəlmanların bütün sahələrdə uğur qazanmasının mümkün olduğunu göstərdi.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu da bu mərasimdə çıxış edib və deyib: Qüds günü eyni zamanda Kəşmir günü, Bəhreyn günü və müsəlmanların haqları pozulan hər bir yerin günü olaraq tanınır.
O daha sonra deyib: Qüds günü elə Qədr gecələri qədər əhəmiyyətə malikdir və bir növ müsəlmanlar üçün siyasi Qədr gecəsi sayılır.
İclasın sonunda qəbul edilən bəyanatda Qüds Günü İslam Dünyasının fəryadı olaraq qeyd edilib və Fələstin, Qarabağ, Suriya, Kəşmir və digər İslam torpaqlarında mövcud olan problemlərin həllinə təkid edilib.