İyun 22, 2017 18:10 Asia/Baku
  • Bakıda işğalçılıq qarşısında həmrəylik tədbiri
    Bakıda işğalçılıq qarşısında həmrəylik tədbiri

Ümumdünya Qüds Gününün gəlib çatması ilə Azərbaycan paytaxtı Bakıda "Ümumdünya Qüds Günü və İşğalçılıq qarşısında İslam Dünyasının Həmrəyliyi" mövzusunda tədbir keçirilib.

Çoxlu sayda ziyalı, siyasətçi, ictimai, elmi və mədəniyyət simasının iştirakı ilə keçirilən bu tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Fələstinin məzlum vətəndaşlarının faciələrinə toxunaraq müsəlmanlara düşmənlər qarşısında ayıq-sayıq olmağı, dini inanclarda öncül olmağı və birliyi sözün əsil mənasında qorumağı məsləhət görüb və deyib: İslam dünyası birlik və həmrəyliklə zalımlar qarşısında yaxşı nəticələr əldə edə bilər. 

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev də bu tədbirdə Qüds Gününü İslam Günü adlandırıb və deyib: Həzrət İmam Xomeyni (rə) mübarək Ramazan ayının son cümə gününü Qüds Günü adlandırmaqla sionist rejimin islamla düşmənçiliyini açıq aşkar bəyan etdi və hazırda zamanın keçməsi ilə bu günün əhəmiyyəti hər il daha da artır. 

O öz sözlərinin davamında Qüds Gününü müsəlmanların işğal olunmuş ərazilərinin azadlığı və dünyada zülmə qarşı olmaq üçün azadlıqsevər insanların səyinin simvolu adlandırıb. 

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu tədbirin digər natiqlərindən olub. O Qüds Gününün zülm və təcavüzkarlıqla mübarizə simvolu olaraq əbədiliyi və qorunmasını vurğulayaraq dünya məzlumlarının himayəsi istiqamətində zalımların zülmü qarşısında insanların birliyini təsirli adlandırıb. 

Bu tədbirdə siyasi, mədəni və ictimai şəxsiyyətlər Ümumdünya Qüds Gününün əhəmiyyəti haqda çıxış ediblər. 

Teqlər