Bakıdakı Əbubəkr məscidi açılır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i274786-bakıdakı_Əbubəkr_məscidi_açılır
Sələfilərin toplaşdığı Əbubəkr məscidinin yenidən fəaliyyətə başlaması ilə bağlı xəbərlər dolaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 04:32 Asia/Baku
  • Əbubəkr məscidi
    Əbubəkr məscidi

Sələfilərin toplaşdığı Əbubəkr məscidinin yenidən fəaliyyətə başlaması ilə bağlı xəbərlər dolaşır.

İslamazeri.com-un əldə etdiyi məlumata görə, Əbubəkr məscidinin sələfilər tərəfindən imam camaatı Qamət Süleymanov da dəfələrlə bununla bağlı kiçik məclislərdə işarə edib. Həmçinin sələfilər arasında da bu haqda (sosial şəbəkələrdə) söhbətlər gedir. Məlumata görə, Əbubəkr məscidində əvvəlki kimi Səudiyyə vəhhabiyyətinin təbliğat vasitəsi kimi deyil, QMİ və Dini Komitənin tam nəzarətilə fəaliyyət yürüdəcək; Çox güman loyal vəhhabilərlə yanaşı məscidə təkfirçi və radikallar da axın edəcək.

 

Tolerantlıq adına açılmasına baxmayaraq, məscidin terrorçu-döyüşçü toplayan şəxslərdən qorunması üçün yeni bir mexanizmin  yaradılacağına isə şübhə yoxdur.

 

Xatırladaq ki, Əbubəkr məscidində loyal sələfilik təbliğat olunmasına baxmayaraq,  bu məscidə gedib gələnlər sonradan xəvaric adlandırılan radikal sələfilərin təsirinə düşərək Suriya və İraqda radikal terrorçu qruplaşmaların tərkibində vuruşmağa yollanırlar.

 

Məlumat üçün bildirək ki, Əbubəkr məscidinin sələfilər tərəfindən imam camaatı Qamət Süleymanov bayram namazını Bakı küçələrindən birində qıldırıb və xütbə edib.