Azərbaycanda Rusiya, ABŞ və Fransa səfirlikləri önündə yürüş təxirə salınıb
-
Ermənistan tərəfindən Alxanlı kəndində həlak olan Quliyeva Zəhra Elnur qızı
Azərbaycanda Respublikasında gənclər təşkilatları Ermənistanın atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Alxanlı kəndində iki yaşlı qızın həlak olmasına etiraz əlaməti olaraq ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlikləri qarşısında yürüş keçirməsi təxirə salınıb.
Ötən gün Azərbaycanın xəbər dairələri İdman və Gənclər Nazirliyinin mətbuat xidmətinə istinadla bu ölkədə ABŞ, Rusiya və Fransa səfirlikləri önündə 6 iyulda etiraz əlaməti olaraq yürüşün keçiriləcəyini bildirsələr də, bu gün İdman və Gənclər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, gənclər təşkilatları ilə görüş nəticəsində təcrübəyə əsasən qərara alındı ki, Ermənistanın təxribatçı və terrorçu hərəkətlərinə etiraz etmək və belə cinayətləri beynəlxalq dairələrin diqqətinə çatdırmaq məqsədilə beynəlxalq qurumlarla görüşlərin təşkil olunması, bəyanatların verilməsi, məktubların ünvanlanması, ictimai şəbəkələrdən istifadənin olunması yürüşlə müqayisədə daha effektiv təsir göstərə bilər.
Bu xəbərin davamında bildirilir: Buna əsasən gənclər təşkilatları bu yürüşü təxirə salmağı qərara alıblar.
Qeyd edək ki, çərşənbə axşamı 4 iyulda Ermənistan yaraqlılarının minaatan və digər silahlarla atəşkəsi pozması nəticəsində Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində bir qadın, Zəhra adlı iki yaşlı nəvəsi həlak olub və başqa bir qadın da ağır yaralanıb.