Rostov-Bakı yolunda yaşlı kişinin insanları qəhrəmancasına xilas etdiyi anlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i276140-rostov_bakı_yolunda_yaşlı_kişinin_insanları_qəhrəmancasına_xilas_etdiyi_anlar
“Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!” Bunu deyən kişi “Volqa”nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 15:12 Asia/Baku
  • Rostov-Bakı yolunda yaşlı kişinin insanları qəhrəmancasına xilas etdiyi anlar
    Rostov-Bakı yolunda yaşlı kişinin insanları qəhrəmancasına xilas etdiyi anlar

“Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!” Bunu deyən kişi “Volqa”nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.

Belədə kişi avtomobildəki insanları xilas etmək üçün “Volqa”nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır.

Daily Mail bildirir ki, olay Rostov-Bakı trasında yaşanıb.

“Lada” və “Volqa” avtomobillərinin toqquşması nəticəsində “Volqa” alışıb. “Volqa”dakı sürücü və sərnişinlər özləri xilas ola bilməyiblər. Onlar diri-diri yanmaq ehtimalı ilə üzləşiblər.

Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq “Volqa”dakı adamları ölümdən qurtarıblar.

Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə “O kişiyə halal olsun!” tiplidir.