Avq 10, 2017 09:48 Asia/Baku
  • Polis dindarların etiraz aksiyasına mane oldu
    Polis dindarların etiraz aksiyasına mane oldu

9 Avqust Bakı polisic bir qrup dindarın “Müsəlman Birliyi” Hərəkatının fəalı Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalmasına etiraz olaraq aksiya keçirməsinə mane olub.

Turanın məlumatına görə Penitensiar Xidmətin qarşısında polis əməkdaşları və mülki geyimli şəxslər aksiya iştirakçılarını dağıdıb, jurnalistləri sıxışdırıblar.

 

A.Hüseynovun bacısı Yasəmən jurnalistlərə deyib ki, sonuncu dəfə doğmaları onunla telefonla iyulun 17-də danışıblar.

 

İyulun 20-də Apellyasiya Məhkəməsinin iclasından sonra onunla heç bir əlaqə olmayıb. Doğmaları onun səhhətilə bağlı narahatdır.

 

Yasəmən bildirib ki, hələ ibtidai istintaq dövründə A.Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində amansız işgəncələrə məruz qalıb. Onun başında şiş əmələ gəlib.

 

«Görünür, bu, onlara az görünüb və Abbasa həbsdə də işgəncə verməyə davam edirlər», – o bildirib.

 

Ötən gün vəkil Yalçın İmanov bildirib ki, Qobustan həbsxanasında A.Hüseynovu karserə salaraq işgəncə veriblər.

 

Vəkilin sözlərinə görə, onu dəyənəklə döyüblər, həbsxananın həyətində dəmir dirəyə bağlayıblar və əllərini qandallayaraq 3 saat qızmar günəş altında saxlayıblar.

 

Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

 

2017-ci ilin yanvarında məhkəmə onu ağır cinayətlər törətmək ittihamları – konstitusiya quruluşunu dəyişdirməyə cəhd, terrorçuluq, qətl və s. ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edib.

Müttəhimlər, onların vəkilləri və fəallar bütün ittihimları sxata və şər- böhtan adlandırırlar.

 

Teqlər