QMİ Myanmada müsəlmanlara qarşı törədilən cinayətləri qınadı
-
QMİ Myanmada müsəlmanlara qarşı törədilən cinayətləri qınadı
Qafqaz Müsəlmanları İdarəsi bir bəyanat yayaraq, Myanmada Ruhinqa müsəlmanlarına qarşı törədilən soyqırımını kəskin formada qınayıb və bu cinayətlərin dərhal durdurulmasını istəyib.
İRİB-nin verdiyi məlumata görə, QMİ-nin bəyanatında Arakanda müsəlmanlara qarşı törədilən soyqırımı İslamofobiyanın bariz nümunəsi adlandırılır və deyilir: Bu növ rəftar qəbuledilməzdir və siyasi maraqlara xatir törədilən bu cinayətlər insanlıq adına bir ləkədir.
Qafqaz Müsəlmanları İdarəsi öz bəyanatında dünya ictimaiyyətindən Myanmada müsəlmanlara qarşı törədilən cinayətlər qarşısında sakit qalmaması və lazımi reaksiya göstərməsi istənilir. Həmçinin, dünya ölkələri, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlardan Myanma hökuməti qarşısında qətiyyətli mövqe nümayiş etdirmələri istənilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü də Myanmada müsəlmanlara qarşı törədilən cinayətlərdən nigaranlıq edib.