Azərbaycanlı ziyalılar Myanmada müsəlmanlara qarşı zorakılıqlara etiraz ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i282945-azərbaycanlı_ziyalılar_myanmada_müsəlmanlara_qarşı_zorakılıqlara_etiraz_ediblər
Bir qrup azərbaycanlı ziyalı, yazıçı, siyasi və ictimai xadimin iştirakı ilə Bakıda keçirilən dəyirmi masada Myanmada müsəlmanlara edilən zülm və zorakılıqlar tənqid atəşinə tutulub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 20, 2017 11:59 Asia/Baku
  • Azərbaycanlı ziyalılar Myanmada müsəlmanlara qarşı zorakılıqlara etiraz ediblər
    Azərbaycanlı ziyalılar Myanmada müsəlmanlara qarşı zorakılıqlara etiraz ediblər

Bir qrup azərbaycanlı ziyalı, yazıçı, siyasi və ictimai xadimin iştirakı ilə Bakıda keçirilən dəyirmi masada Myanmada müsəlmanlara edilən zülm və zorakılıqlar tənqid atəşinə tutulub.

İRİB-nin verdiyi məlumata görə, "Qələm" yazıçılar birliyi və Qarabağ İslam Müqaviməti Hərəkatının təşəbbüsü ilə keçirilən bu tədbirdə Azərbaycan İslam Partiyasının sədr müavini hacı İlham Əliyev Myanma müsəlmanlarına qarşı zorakılıqları qınayıb və deyib: bu cinayətlər beynəlxalq təşkilatlar və insan haqları iddiaçılarının laqeyd yanaşması ilə üzləşib.

Tədbirin davamında çıxış edənlər Myanma ordusunun Rohinca müsəlmanlarına qarşı zorakılıqlarını qınayaraq, bu cinayətlərin durdurulmasını istəyiblər.