Sen 23, 2017 19:25 Asia/Baku
  • Bakıda müxaliflərin etiraz aksiyası
    Bakıda müxaliflərin etiraz aksiyası

Azərbaycan Respublikası dövlətilə müxalif olanların milli şurası bu gün axşam Bakıda etiraz mitinqi keçirib.

Müxalif partiyaların, o sıradan "Real" siyasi hərəkatının fəallarından və dindarlardan bir qrupu və AXCP fəallarının iştirakı ilə Bakının "Məhsul" stadionunda keçirilən bu mitinqdə mitinq iştirakçıları "Azadlıq!", "İstefa, Azərbaycan xalqı oyaqdır, milli şuraya dayaqdır!" və "Biz zülm etmir, zülm qarşısında da baş əymirik!" şüarları verərək, dövlətə qarşı etirazlarını bildiriblər.

Bir qrup aksiyaçı da "Hüseyn, Hüseyn, şüarımız, şəhadət, iftixarımız!" şüarı veribdir.

Aksiyaçıların əllərində Azərbaycan Respublikasının bayrağı, eləcə də bu ölkədəki siyasi və dini məhbusların, o sıradan AİP sədri Möhsün Səmədov, Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Taleh Bağırzadə, "Real" siyasi hərəkatının lideri İlqar Məmmədov, eləcə də AXCP fəalları Gözəl Bayramlı və Fuad Qəhrəmanlının təsvirləri olub.

Aksiya iştirakçıları dövlət korrupsiyasına etiraz edərək, siyasi və dini məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Qarabağ İslam Müqaviməti Hərəkatının rəhbəri Rövşən Əhmədli bu etiraz mitinqinin natiqlərindən olublar. Onlar öz çıxışlarında qanunun tapdalanması, xalq əmlakının tarac olunması, gənclərin işsizlik və korrupsiya üzündən digər ölkələrə mühacirət etmələri, təqaüdün aşağı olması, korrupsiya, dindarlar və siyasi fəalların həbs olunmalarından danışıblar.

Qarabağ İslam Müqaviməti Hərəkatının rəhbəri Rövşən Əhmədli doktor Möhsün Səmədov daxil olmaqla dini və siyasi məhbusların azadlığa buraxılmalarını vurğulayıb. O, əlavə edib: 25 ildir ki, Qarabağın azadlığı yolunda 25 addım belə atılmayıbdır. Bu mitinqdə qərara alınıbdır ki, sonrakı mitinq oktyabrın 7-də keçirilsin.

Bu mitinq AXCP-nin mehvərliliyi ilə milli şura tərəfindən və Bakı meriyasının icazəsi ilə keçirilib. Bu kimi aksiyalar neçə aydan bir Bakıda və həmin məkanda keçirilir.

Teqlər