Okt 16, 2017 13:27 Asia/Baku
  • Bakının Səbail rayon polisinin rəis müavini yaralanıb
    Bakının Səbail rayon polisinin rəis müavini yaralanıb

Bakının Səbail rayon polisinin rəis müavinini atəşə tutmaqda şübhəli bilinən şəxslər həbs olunublar.

Bu haqda Bakı polis idarəsi və prokurorluğu birgə məlumat veriblər.

Şənbə günü, oktyarbın 14-də yerli vaxtla saat 19 radələrində Bakının Səbail rayonunda yerləşən Şeyx Şamil küçəsindəki bir çayxanada naməlum şəxslər Müşfiq İsrafil oğlu Mədədov adında bir şəxsi döyərək, bıçaqlayırlar. Nəticədə bu şəxs yaralanır. Bu hadisədən sonra polis qüvvələri məsələyə qarışaraq, hadisə barədə lazımi təhqiqatlar aparırlar. Onlar oktyabrın 15-də səhər saat dörd radələrində Bakının Nizami rayonunun ərazisində şübhəli şəxsləri aşkarlamaq və ələ keçirmək üzrə əməliyyat keçirərkən Leksus markalı avtomobilin sərnişinləri tərəfindən atəşə tutulurlar. 

Leksus markalı avtomobilin sərnişinləri tərəfindən həyata keçirilən bu atəşaçma nəticəsində Bakının Səbail rayon polisinin əməliyyat müavini polkovnik Orxan Axundzadə yaralanır və atəş açan şəxslər hadisə yerindən qaçırlar.

Polis hadisə yerini nəzərdən keçirərək, oradan bir ədəd 12 millimetrlik və altı ədəd 9 millimetrlik fişəng aşkarlayır və daha artıq araşdırmanın aparılması üçün onları polisin təhqiqat bölməsinə təqdim edir.

Bu məlumata görə, lazımi təhqiqatlar və araşdırmaların aparılması ilə üş şübhəli şəxs yaxalanıb. Onların biri cinayət keçmişinə malikdir. Bu silahlı insidentdə əlləri olmuş digər şəxslərin aşkar edilməsi işi davam edir.

Teqlər