17 mindən çox AR zəvvarı Kərbəlada keçiriləcək ərbəin mərasimində iştirak edəcək
Azərbaycan Respublikasında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi- DEVAMM-ın sədri Azərbaycan Respublikasından 17 mindən çox zəvvarın Kərbəlada keçiriləcək Ərbəin mərasimində iştirak edəcəyindən xəbər verib.
İlqar İbrahimoğlu dünən axşam həmçinin qeyd edib ki, Azərbaycan Respublikası xalqının mahiyyəti müqəddəs İslam dini, Əhli-Beyt(ə) və Aşura ilə ilmələnibdir.
İlqar İbrahimoğlu Azərbaycan Respublikası xalqının Əhli-Beyt(ə)-a və Kərbəla şəhidlərinə olan eşq və məhəbbətinə işarə edərək, deyib: Azərbaycan Respublikası xalqının mədəniyyəti Aşura məktəbindən və İmam Hüseyn(ə) əzadarlığının növhəxanlığından formalaşıbdır.
1439-cu hicri qəməri ili səfər ayının 20-si və 2017-ci milad ili noyabrın 9-u, Həzrət İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin şəhadətinin ərbəinidir. Bütün dünyadan, o sıradan İrandan milyonlarla zəvvar həmin gündə Hüseyn(ə) ərəbini mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə daxil olur.
Ötən il iki milyon iranlı zəvvar Həzrət İmam Hüseyn(ə)-ın Kərbəlada keçirilən ərəbin mərasimində iştirak etmişdi.
Bu il də dünənədək İrandan İraqa iki milyon 300 min nəfərdən çox zəvvar səfər edibdir.